Ana səhifə / Araşdırma / Üşüdüyünə görə arvadını öldürən kişi – Həbs edildi

Üşüdüyünə görə arvadını öldürən kişi – Həbs edildi

Füzuli rayonunda 32 yaşlı arvadını öldürən kişi saxlanılıb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, yanvarın 5-də Füzuli rayonunun Bala Bəhmənli kəndində yaşayan, əvvəllər məhkum olunmuş Gəncəvi Sadıqov evində ailə-məişət münaqişəsi zəminində arvadı Vüsalə Əsədovaya bıçaqla xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilmiş V.Əsədova orada ölüb. RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş G.Sadıqov tutulub.

Qeyd edək ki, “Qafqazinfo”ya daxil olan məlumata görə, Vüsalə Əsədova evin istilik sistemindən şikayətlənərək, ona soyuq olduğunu bildirib. Bu şikayət isə Gəncəvi Sadıqovun xoşuna gəlməyib və birincinin ölümü ilə nəticələnib.

Həmçinin oxuyun

Pomidor və xiyarın qiyməti niyə əl yandırır? – ARAŞDIRMA

Mövsümi olsa da, bazarlarda pomidor və xiyarın qiymətində gözlənilən ucuzlaşmanı müşahidə edə bilmirik. Hazırda bazarlarda …

Bir cavab yazın