Ana səhifə / Şou Biznes / Məşhur hüquqşünasdan zəngin ailələrə bəd xəbər – Hədəfdə sizsiniz!

Məşhur hüquqşünasdan zəngin ailələrə bəd xəbər – Hədəfdə sizsiniz!

Manatın ikinci devalvasiyasından sonra Azərbaycanda imkanlı şəxslərə – qızıl-ziynət əşyalarının alqı-satqısı ilə məşğul olan, univrsitet və digər müəssisələrdə yüksək vəzifə tutan, biznes sahəsindəki uğurları ilə diqqət çəkən şəxslərə qarşı törədilən cinayətlərin sayı tədricən artmaqdadır.

Maraqlıdır, ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşması fonunda zəngin şəxslərə, iş adamları və məmurlara qarşı tamah niyyətli cinayətlərin törədilməsi ehtimalı da artırmı? Ağır sosial-iqtisadi durum ölkə zənginlərinə nə vəd edir?

Bununla bağlı Moderator.az-a açıqlama verən hüquqşünas Müzəffər Baxışov mövcud durumun zəngin şəxsləri cinayətkarların bir nömrəli hədəfi halına gətirəcəyini bilirib:

“Cinayət özü sosial hadisədir. Sosial vəziyyət gərginləşəndə cinayətlər də artır. Yəni bu iki məsələ arasında əlaqə düz mütənasibdir. Nə qədər ki, sosial vəziyyət ağırlaşırsa, ağır və xüsusilə ağır cinayətlər də bir o qədər artır. Xüsusilə də, zəngin adamların qətlə yetirilməsi, onların evlərinin qarət edilməsi çoxalır. Bu, təbii bir prosesdir. Cinayətə meyilli insanlar tamah məqsədi ilə törətdikləri cinayətlərdə daha çox gəlir əldə etməyə çalışırlar. Onlar çalışırlar ki, zəngin adamlara qarşı cinayət törətsinlər ki, daha çox gəlir əldə etsinlər. Hacı Məmmədov Azərbaycanın neft maqnatı Hafiz Məmmədovun atasını oğurlamışdı. O, bilirdi ki, H.Məmmədov böyük gəlir əldə edir və çoxlu maddi vəsaitə malikdir. Buna görə də onun gəlirindən faydalanmaq istəyirdi.

Azərbaycanda iqtisadi vəziyyət gərginləşdikcə tamah niyyətli cinayətlərin sayı artacaq. Daha çox zəngin şəxslərə qarşı tamah niyyətli cinayətlər baş verəcək. Kasıb bir şəxsin evinə girmək, ordan nə isə oğurlamaq, onu qətlə yetirmək nəticəsində bunu törədənlər heç nə əldə edə bilməyəcəklər.

Düşünürəm ki, bunun qarşısını almaq üçün hüquq-mühafizə orqanları çox ciddi  profilaktik tədbirlər həyata keçirməlidir. Xüsusilə də onlarda olan əməliyyat məlumatı əsasında tamah niyyətli cinayətlər törətməyə meyilli şəxslərin ətrafında əməliyyt tədbirlərini gücləndirməlidirlər. Onların öz niyyətlərini həyata keçirməsini əngəlləmək üçün vaxtında tədbir görməlidirlər”.

 

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın