Ana səhifə / İdman / UEFA Avropa Liqasının qalibi bəlli olub

UEFA Avropa Liqasının qalibi bəlli olub

UEFA Avropa Liqasında 2021/2022 mövsümünün qalibi bəlli olub.

Turnirin final oyununda Şotlandiya “Reyncers”ini məğlub edən Almaniya “Ayntraxt”ı titula sahib çıxıb.

İspaniyanın Sevilya şəhərindəki “Ramon Sançes Pisxuan” stadionunda oynanılan qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. İlk qolu 57-ci dəqiqədə Qlazqo təmsilçisi vurub. Rəqib müdafiəçinin səhvindən yararlanan Co Aribo komandasını önə keçirib. Lakin “Reyncers”in üstünlüyü çox çəkməyib. 69-cu dəqiqədə Rafael Borre tarazlığı bərpa edib. Əlavə vaxtda hesab dəyişmədiyindən qalibi müəyyənləşdirmək üçün penalti zərbələrindən istifadə olunub. Burada daha dəqiq oynayan “Ayntraxt” Avropa Liqasının qalibi olub.

11 metrlik cərimə zərbələri zamanı Almaniya təmsilçisindən Kristofer Lents, Aydin Xrustiç, Dayçi Kamada, Filip Kostiç və Rafael Borre, Şotlandiya klubundan isə Ceyms Tavernye, Stiven Devis, Skott Arfild və Kemar Ruf hədəfdən yayınmayıblar. Yeganə qeyri-dəqiq penaltinin müəllifi Aaron Remsi olub.

UEFA Avropa Liqası

Final

18 may

23:00. “Ayntraxt” (Almaniya) – “Reyncers” (Şotlandiya) – 1:1 (ƏLAVƏ VAXTDA – 0:0, PENALTİLƏRLƏ – 5:4)

Qollar: Rafael Borre, 69 – Co Aribo, 57

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

Sevilya, “Ramon Sançes Pisxuan” stadionu.

Report

Həmçinin oxuyun

Avropanı mat qoyan azərbaycanlı şahmatçı xanımın məşqçisi DANIŞDI – VİDEO

“2023-cü ildə Bakıda keçirilən Dünya Kuboku Ülviyyə Fətəliyeva üçün uğurlu olub. O bu yarışda iki …