Bazar ertəsi , May 6 2024
Ana səhifə / İdman / Şəhriyar Məmmədyarov bu gün növbəti görüşünü keçirəcək

Şəhriyar Məmmədyarov bu gün növbəti görüşünü keçirəcək

Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının birinci mərhələsində növbəti görüşünü keçirəcək.

37 yaşlı qrossmeyster “Oslo Esports Cup”ın üçüncü turunda kanadalı Erik Hansenlə üz-üzə gələcək.

Məmmədyarov ilk iki turda çinli Le Kuanq Lyeyə qalib gəlib, Hindistan təmsilçisi Rameşbabu Praqnanandhaya isə uduzub.

“Oslo Esports Cup” da Aniş Giri, Yorden van Forrest (hər ikisi Niderland) və Yan-Kşiştof Duda (Polşa) da iştirak edir.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.

Həmçinin oxuyun

“Real Madrid” İspaniya çempionu oldu

“Real Madrid” İspaniya “La Liqa”sında cari mövsümünün qalibi olub. Komanda doğma meydanda “Kadis” klubuna üç …