Ana səhifə / Kriminal / Zakir Fərəcovun restoranında karantin qaydaları pozuldu: həbs edilən var

Zakir Fərəcovun restoranında karantin qaydaları pozuldu: həbs edilən var

Sumqayıt şəhərindəki məşhur “Kalyon” restoranında qanunsuz keçirilən toya görə məsul şəxs həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumat görə, yanvarın 23-dən şəhərin Sahil küçəsində yerləşən “Kalyon” restoranında portalda qeydiyyatdan keçmədən toy məclisi təşkil olunub.
Polisi keçirdiyi reyd zamanı bu fakt aşkarlanıb və restoranın icarədarı, 1984-cü il təvəllüdlü Çaylar İsmayılov saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə başlanan işə məhkəmədə baxılıb. Hakimin qərarı ilə Ç.İsmayılov 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Qeyd edək ki, daha öncə mediada gedən məlumatlarda “Kalyon” restoranının Sumqayıtın icra başçısı Zakir Fərəcova aid olduğu qeyd edilib.

Həmçinin oxuyun

Aqil Əliyevin oğlu Tibb Universitetinin professorunu məhkəməyə verdi 

Tibb Universitetinin professoru Şahbazov Şahbaz Qara oğlu barəsində məhkəmə iddiası qaldırılıb.Məhkəmə iddiası mərhum akademik Aqil …