Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Ürəyimə stend qoyublar“ – Hafiz Hacıyev

“Ürəyimə stend qoyublar“ – Hafiz Hacıyev

Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevdən xəbər var.

Yenisabah.az siyasətçinin durumu ilə maraqlanmaq üçün onunla əlaqə saxlayıb. MMP sədri keçirdiyi əməliyyatdan sonra vəziyyətinin yaxşı olduğunu qeyd edib:

“Bütün prosedurları keçirəm, həkim nəzarətindəyəm. İndi yaxşılığa doğru irəliləyirəm, yaxşıyam. Ürək damarlarıma stend qoyublar, ona görə də, həkimlər icazə vermir işə çıxmağa. Əməliyyatım uğurlu oldu, yaxın günlərdə işimin başına dönəcəm”.

Qeyd edək ki, Hafiz Hacıyev bir müddət öncə koronavirusa yoluxmuşdu.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …