Cümə axşamı , May 2 2024
Ana səhifə / Media / Dəm qazından zəhərlənənlərin sayı azalıb

Dəm qazından zəhərlənənlərin sayı azalıb

Bu il dəm qazından zəhərlənənlərin sayı ötən illə müqayisədə azalıb.
Azərbaycan Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov hafta.az-a bildirib ki, bu il payız mövsümündə Səhiyyə Nazirliyinin Klinik Tibbi Mərkəzinə dəm qazından zəhərlənmə ilə əlaqədar 61 nəfər müraciət edib.

Bu il sentyabr ayında 4, oktyabr ayında 7, noyabr ayında isə 21, dekabr ayında isə 29 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib. Zəhərlənənlərin 60 faizi kişi, 35 faizi qadın, 3-5 faizi isə uşaqlar olub.

A.Maqsudov deyib ki, ümumilikdə bu il dəm qazından zəhərlənənlərin sayını ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz azdır.

Dəm qazından zəhərlənmələrin daha çox dekabr, yanvar, fevral və mart aylarında baş verdiyini deyən A.Maqsudov insanlara ehtiyatlı olmağı tövsiyə edib.

Həmçinin oxuyun

Nazirlik REAL TV-yə reportajlar üçün 32 min pul verəcək

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqroservis” ASC tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi …

Bir cavab yazın