Ana səhifə / Sosial / Aeroport yolunda mikroavtobus qəza törətdi – Fotolar

Aeroport yolunda mikroavtobus qəza törətdi – Fotolar

Bakıda hava limanı yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Mərdəkan istiqamətində, Bakı Olimpiya Stadionunun qarşısında qeydə alınıb.

Belə ki, “Mercedes Sprinter” markalı mikroavtobus yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, mikroavtobus və elektrik dirəyinə ciddi ziyan dəyib.

Qəzanın baş vermə səbəbi araşdırılır.

/Report

Həmçinin oxuyun

Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur – VİDEO

Abşeron rayonu Xırdalan şəhəri 17 saylı uşaq bağçasının müdirinin “fond pulu” tələb etdiyi iddia olunur. …