Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Dünya / Qoşulmama hərəkatının artan nüfuzu

Qoşulmama hərəkatının artan nüfuzu

Qoşulmama hərəkatı 1961 ci ildən Belqradda təsis edilməyə başlamışdır.120 Dövlətin üzv olduğu, digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilatdır.Sülh və həmrəylik yaratdığı üçün beynəlxalq münasibətlərdə mühüm yer tutmuşdur.Bu hərəkatın üzvü olan 53 ölkə Afrika, 38-i Asiya, 26-sı Latın Amerikası və 1-i Avropadandır. Əgər bütün ölkələr bu pirinsipə riayət etsəydilər biz müharibələrlə qarşılaşmazdıq.

Azərbaycan Respublikası 2011-ci ildən qoşulmama hərəkatının üzvüdür.Zor qüvvə ilə dövlətlərin ərazi bütövlüyünün pozulmasına qarşı çıxan bir hərəkatın üzvü olan Azərbaycan Respublikası özü bu zorakılığa məruz qalmışdır.

Ermənistan beynəlxalq prinsiplər pozub və 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlamışdır. Həm öz ərazisində, həm də işğal etdiyi Azərbaycan torpaqlarından Azərbaycanlıları çıxartmışdır.1992-ci il fevralın 26-da Ermənistanın və Rusiyanın motoatıcı alayının iştirakı ilə Xocalı soyqırımı baş vermişdir.

    “106 qadın” və “63 uşağın” qətlə yetirildiyi,bir milyondan artıq Azərbaycanlının qaçqın və məcburi köçkün düşdüyü bu soyqırımda onların  doğma evlərinə qayıtmaq hüququ da daxil olmaqla, əsas insan hüquqlarını pozdu.

  1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyri-şərtsiz çıxmasını tələb edən qətnamə qəbul olunsa da, Ermənistana qarşı sanksiyalar tətbiq edilmədi. Təcavüzkar dövlətlə işğala məruz qalan dövlət arasında heç bir fərq qoyulmadı. Tam tərsi, Ermənistan işğalı möhkəmləndirir, hərbi cinayətlər törədirdi. Azərbaycan xalqının mədəni və dini irsi məhv edilirdi.

    2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin qərarı belə oldu ki, Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçilsin. Hərəkata üzv olan dövlətlər Azərbaycanın sədrlik müddətinin 2023-cü ilin sonuna qədər uzadılması barədə bəyənat verdilər. Dünyamızda 2020-ci ilin ilk aylarında meydana gələn COVİD-19 a qarşı Azərbaycan ciddi tədbirlər görmüşdür. 

  Azərbaycan Qoşulmama Hərəkatının üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə maddi yardım göstərmişdir. Və bundan başqa dörd ölkəyə 150 min doza peyvənd vermişdir.

    •Qarabağın alınması!

Qoşulmama Hərəkatına üzv olan dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyi daim dəstəklənmişdir.

2020-ci il 27 sentyabrda Ermənistan Azərbaycanın həm hərbi həm də yaşayış məntəqələrini ağır artileriya ilə atəşə tutmuşdur.Buna cavab olaraq Azərbaycan “Dəmir yumruq” əməliyyatı başlatmış və 44 günlük vətən müharibəsinə qalxmışdır. Qəhrəman əsgər və zabitlərimiz arxa cəbhədə dəstək olan cəsur xalqımız və bütün Azərbaycan xalqı birlik olaraq düşmana laiqli cavab vermişdir. Ölkəmizin cəsur insanları ilə yanaşı satqın,qorxaq,hərbi sirrimizi düşmənə çatdıran insanları da, bu mövqedə üzə çıxdı və onlara da laiqli cəza verildi, onlar vətənə satqınlığın nə qədər alçaqca bir şey olduğunu bir daha sübut etdilər! Bundan sonra Azərbaycan işğal altında olan torpaqlarını azad etdi.

2020-ci il 10 noyabrda Azərbaycan Respublikasının prezdenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının prezdenti Vladimir Putin tərfindən atəşkəs olunması və hərbi əməliyyatların dayandırılması barədə sərəncam imzalanmışdır.Beləliklə 30 illik həsrətə son qoyuldu və ədalət bərpa olundu. 

    •QARABAĞ AZƏRBAYCANDIR!

Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar kolleci – Nağıyeva Aytəkin

Həmçinin oxuyun

Avropa Komissiyası İrana qarşı sanksiyaları genişləndirə bilər

Avropa İttifaqının rəhbərliyi aprelin 14-nə keçən gecə İsrailə hücuma görə İrana qarşı sanksiyaların genişləndirilməsi məsələsinə …