Ana səhifə / Cəmiyyət / Azərbaycanda yaşı 60-dan yuxarı olan 500 kişi, 155 qadın evlənib

Azərbaycanda yaşı 60-dan yuxarı olan 500 kişi, 155 qadın evlənib

Azərbaycanda 60 yaşdan sonra evlənən kişilərin sayı qadınlardan 3 dəfə çoxdur.

Bakupost.az -ın apardığı təhlillərə əsasən, ötən il Azərbaycanda yaşı 60-dan yuxarı olan 155 qadın ailə həyatı qurub. Onlardan 54-ü heç vaxt rəsmi nikaha daxil olmayan qadınlardır. Nikaha daxil olanların 84-ü boşanmış, 17-si isə dul qadın olub.

Qadınlarla müqayisədə 60 yaşdan yuxarı kişilər daha çox evlənirlər. Bu yaşda nikaha daxil olan kişilərin sayı qadınların sayını hətta 3 dəfədən çox üstələyir. Ötən il yaşı 60-dan çox olan 500 kişi rəsmi nikah bağlayıb. Onların 112-si heç vaxt nikahda olmayıb, 219-u boşanmış, 169-u dul şəxslərdir.
Qeyd edək ki, ötən il 60 yaşdan sonra 222 boşanma halı baş verib.

Həmçinin oxuyun

Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: “Son arzusunu yerinə yetirmədilər”

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov 2 ay öncə iştirak etdiyi verilişlərin birində vəsiyyətini …