Ana səhifə / Sosial / Ər arvadını hərəkətdə olan avtomobildən yola atdı

Ər arvadını hərəkətdə olan avtomobildən yola atdı

Şabran rayonunda qadın əri tərəfindən zorakılığa məruz qalıb.
Hadisə rayonun Məliklər kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 1984-cü il təvəllüdlü Natavan Xalid qızı Sarxanova xəsarətlərlə Şabran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ona hər iki yuxarı və aşağı ətrafların, qarının sıyrılmış yaraları və göz ətrafının hematoması diaqnozu qoyulub.Xəstəxanadan verilən məlumata görə, yaranan mübahisə zəminində kişi həyat yoldaşını hərəktədə olan avtomobildən yola atıb.
Faktla bağlı araşdırma aparılır. Report

Həmçinin oxuyun

TƏBİB sədri həkimlərin maaşından danışdı – Video

Baku TV-də yayımlanan “Rəsmi cavab” verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı …