Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / “Qorxmuram ki, övladıma nəsə eləsinlər” – Tahir Kərimli

“Qorxmuram ki, övladıma nəsə eləsinlər” – Tahir Kərimli

Polis əməkdaşını döyməkdə təqsirləndirilərək həbs edilən deputat Eldəniz Səlimovu müdafiə etməklə gündəmə gələn deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli növbəti qəribə açıqlamaları ilə diqqət çəkib.
Xatırladaq ki, partiya sədri deputat həmkarının həbsini qanunsuz sayıb, onun əməlinin vəzifə səlahiyyətlərini aşması ilə heç bir əlaqəsinin olmadğını deyib. T.Kərimlinin çıxışında işlətdiyi “deputatın yiyəsi yoxdur” ifadəsinə Milli Məclis sədri Sahibə Qafarova sərt etiraz edib. Bildirib ki, Eldəniz Səlimovun polislə münaqişə zamanı işlətdiyi ifadələrin 10 dəqiqəlik səs yazısını otağında onu dinləməyə məcbur edəcək.
T.Kərimli “Reaksiya.tv”-yə müsahibəsində bildirib ki, o səs yazısını dinləməyib. Deputat sosial şəbəkələrdə və saytlarda barəsində təhqiramiz yazılar yazılmasından gileylənib. Daha sonra deputat həmkarına verilən ittihamdan danışıb: “Baş Prokurorluğunun deputat toxunulmazlığının ləğvi ilə bağlı parlamentə müraciətində Eldəniz Səlimova Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə ittiham verildiyi qeyd olunub. Milli Məclisin İntizam Komissiyasında da bu məsələyə toxunulmayıb. Amma Komissiyanın rəyində xəsarət yetirmək barədə qeydlər olub. Bütün mətbuatda da ancaq bu var ki, döyüb, söyüb, təhqir edib, xəsarət yetirib. Bu əməllərə görə vəzifə səlahiyyətlərini aşmaq ittihamı verilə bilməz. Deputat gecə kafedə olarkən hansı səlahiyyət həddini aşa bilər?”
Deputat media ilə yanaşı həmkarlarından da narazılığını bildirib: “Təsəvvür edin, bu çıxışımdan sonra ən yaxın dostum, deputat həmkarım məni övladının toyuna çağırmadı. Hətta mənimlə bir liftə minməyə qorxurlar”.
T.Kərimli daha sonra heç nədən qorxmadığını ifadə edib: “Mən qorxmuram ki, övladıma nəsə eləsinlər… Məni də tutsunlar, nə olacaq ki?!”
Deputat, dövlət xətti ilə siyasi partiyalara ayrılan maliyyə yardımının azaldılmasından da şikayətlənib: “Bu il büdcəmizi 19 min manat kəsiblər. Məsələ qaldırdım, amma partiyalardan heç birinin dəstəyi olmadı, tək qaldım. Mən partiya büdcəsindən maaş almıram, amma bilirsiz, nə qədər adam dolanır bu vəsaitdən? 114 nəfərə maaş veririk, rayon şöbələrini saxlayırıq”.
T.Kərimli daha dözə bilmədiyini, ancaq ölmək istədiyini vurğulayıb və çıxışını vaxtı ilə yazdığı şeirlə bitirib:
Qəlbimdə bir qəfəs tikdim,Əqidəmi əsir edib,sonra onu yenmək üçün.Qəlbimdə bir qəbir qazdım,əqidəmi gömmək üçün!***Millət vəkili Tahir Kərimli orduda xidmət edən oğlunun təhlükəsizliyindən narahat olduğunu bildirib. Bu barədə deputat “Reaksiya TV”yə verdiyi müsahibədə deyib. Kərimlinin sözlərinə görə, Milli Məcslisdəki məlum çıxışından sonra həmkarları onunla hətta liftə belə minmirlər, onu övladlarının toyuna dəvət etməyiblər.DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, millət vəkili Tahir Kərimlinin oğlunun təhlükəsizlik məsələsi ilə bağlı səsləndiriyi fikirlər öyrənilir və məsələ nəzarətdə saxlanılır:“Millət vəkili özü bu barədə Daxili İşlər Nazirliyinə müraciət etməsə də, onunla əlaqə saxlanılıb və deputatı narahat edən məsələlərə aydınlıq gətiriləcək. Hər bir vətəndaşın təhlükəsizliyi, təhlükəsiz şəraitdə yaşaması və fəaliyyət göstərməsinin təmin olunması polisin başlıca vəzifəsidir”.

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …