Ana səhifə / Sosial / Tanınmış həkimdən xəbərdarlıq: “Məktəblər açılsa, yoluxma artacaq”

Tanınmış həkimdən xəbərdarlıq: “Məktəblər açılsa, yoluxma artacaq”

Ötən ay koronavirusa yoluxanların sayında kəskin azalmalar müşahidə olunduğuna görə bir çox yumşalmalar olub. Lakin yumşalmalar təhsil sahəsinə təsir etməyib. Ekspert Kamran Əsədov ənənəvi tədrisə qayıtmağın vacibliyini və yoluxma sayının artsa belə, bunun təhsil sisteminə təsir etməməli olduğunu vurğulayıb.

Tanınmış həkim, tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl Yenisabah.az-a ənənəvi təhsilin bərpasının yoluxma riskini artırdığını bildirib.

“Ənənəvi təhsilin bərpası yoluxmanın artmasına gətirib çıxara bilər. Bu da tələbə və müəllimləri risk altına qoyur. Lakin yoluxma sayını azaltmağın bir yolu var: bütün təhsil müəssisəsi işçilərinin peyvənd olunması”.

Həkimin fikrincə, təhsil işçilərinin əksəriyyəti peyvənd olunarsa, ciddi problemlər yaranmaz:

“Təhsil işçilərinin əksəriyyəti peyvənd olunarsa, bundan sonra ciddi problemlərin yaranacağını düşünmürəm. Bunu tibb işçiləri arasında da müşahidə edirik. Yanvar ayında ilk peyvənd olunanlar tibb işçiləri olub. Bu təşəbbüs xəstəliyin yayılmasını azaltmaqda çox ciddi rol oynadı. Düşünürəm ki, əgər təhsil müəssisəsinin işçiləri də kütləvi peyvəndlənərsə, bu ənənəvi təhsilin bərpasında yaranan riskləri ciddi şəkildə azaldar”.

Həmçinin oxuyun

İmtahanda 62 bal toplayan müəllim BŞTİ-nin müdir müavinindən şikayətçidir

2023-cü ildə Bakı üzrə keçirilən direktor müavinlərinin işə qəbulu imtahanında 62 bal toplayan informatika müəllimi …