Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / AZTV sədri bahalı avtomobili ilə yol hərəkəti qaydalarını belə pozdu–FOTOLAR

AZTV sədri bahalı avtomobili ilə yol hərəkəti qaydalarını belə pozdu–FOTOLAR

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədovun istifadəsində olan 10-AA-400 dövlət nömrə nişanlı “BMW” markalı avtomobil şəhərin mərkəzində yol hərəkəti qaydalarını kobud və nümayişkəranə şəkildə pozub.

Bu barədə məlumatı və hadisəni təsvir edən fotonu Editor.az-ın redaksiyasına oxuculardan biri göndərib. Hadisənin şahidi olan oxucumuz iddia edir ki, AZTV sədrinə məxsus nəqliyyat vasitəsinin sürücüsü Səbail rayonu ərazisində, Dövlət Kukla Teatrının önündə qadağan olunmuş ərazidə avtomobili saxlayaraq, avtobusların dayanacağını zəbt edib.

Oxucumuz qeyd edir ki, hadisənin ən ilginc tərəfi odur ki, sürücüsü qaydaları pozaraq avtomobili nümayişkəranə şəkildə qadağan edilmiş ərazidə saxlayarkən AZTV sədri Rövşən Məmmədov da maşının içində olub. Hətta sürücü avtomobili yolun ortasında saxlayıb sədr Rövşən Məmmədovu mühafizə edirmiş kimi Dənizkənarı Bulvara doğru bir xeyli müşayət edib.

Bu halında xeyli məmnun olan AZTV sədri sürücüsünün bu qanunsuz addımına etiraz etməyib.

Avtomobilin avtobusların dayancağını zəbt etməsi digər sürücülər və vətəndaşlar tərəfindən ciddi etirazla qarşılanıb.

Faktla bağlı Dövlət Yol Polisi İdarəsi və digər müvafiq qurumların da münasibətini dərc etməyə çalışacağıq.

Rövşən Məmmədov və ya AZTV rəsmiləri arzu edərlərsə mövqelərini dərc edə bilərik.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …