Çərşənbə , May 8 2024
Ana səhifə / İdman / Tokio-2020: Rafiq Hüseynov qələbə qazandı

Tokio-2020: Rafiq Hüseynov qələbə qazandı

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Pravda.az-ın məlumatına görə, 77 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda isveçli Aleks Kessidislə üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Hüseynov sonuncu xalı qazandığı üçün 1/4 finala yüksəlib. O, bu raundda Akjol Mahmudova (Qırğızıstan) görüşəcək.

Həmçinin oxuyun

“Real Madrid” İspaniya çempionu oldu

“Real Madrid” İspaniya “La Liqa”sında cari mövsümünün qalibi olub. Komanda doğma meydanda “Kadis” klubuna üç …