Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Müstəqil fikir söyləyən bir deputat yoxdur ki, bu əclafa cavab versin”

“Müstəqil fikir söyləyən bir deputat yoxdur ki, bu əclafa cavab versin”

“Jirinovski yenə həmişəki kimi danışıb. Bu dəfə verdiyi mesajlara Jirinovski ilə eyni statusda olan Azərbaycanlı deputatlar cavab verib. Jirinovskinin illərdir etdiyi, ölkə siyasətçilərinin əksəriyyətinin diqqətə belə layiq görmədiyi bu çağırışlar Rusiyanın böyük siyasətinin tərkib hissəsidir”.

Bunu Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli deyib. O, bildirib ki, hər dəfə bu çağırışlara cavab verərək deyirdik ki, ayıq olmaq və bu ideyaya qulluq edənlərə zamanında cavab vermək lazımdır: “Jirinovskinin verdiyi açıqlamalar, etdiyi çağırışlar onun şəxsi fikri deyil. Rusiyanın SSRİ çökəndən sonra ittifaqın tərkibində olmuş respublikalarda yaratdığı nifaqlar, müharibə ocaqları məhz bu məqsədə xidmət edirdi – onları “Böyük Rusiya”nın ayağına gətirmək. Bax, Jirinovskinin də fikirləri dırnaqarası baxılacaq sayıqlama deyil, ciddi siyası çağırışdır. 

Bizim deputatların bəzilərinin bu çağırışlara cavabı isə yumşaq desək, adekvat deyil. Cavablardan çıxan nəticə odur ki, Jirinovski guya Rusiyanın dəyərlərini, şərəf və ləyaqətini təhqir edib, dostluğumuza mane olur. Bunlar da tökülüşüblər, Rusiyanın şərəf və ləyaqətini qorumağa. Halbuki təhqir olunan Azərbaycan dövlətidir. 

Bəs biz illərdir deyəndə ki, saxta seçkilər, millətin səsini oğurlamaq bir gün dövlətin sütunlarını laxladacaq bax bu mənzərələri nəzərdə tuturduq.

Parlamentində müstəqil fikir söyləyən bir deputat yoxdur ki, bu əclafa cavab versin. Qorxa-qorxa, ehtiyat edə-edə dövlətə təhdidə cavab verilmir.

Biriniz də bu parlamentdə Azərbaycanın Jirinovskisi olun. Azərbaycan xətrinə Jirinovski kimi siyasətçi obrazından imtina edin. Hafiz Hacıyevi buraxın parlamentə, bütün potensialını daxili siyasətə deyil, xarici siyasətə yönəltsin. 

Bir neçə il öncə Jirinovskinin Bakı səfərinin “geosiyasi” uğurlarından danışanlar bu gün Jirinovskini söyürlər. Bu dəyişilməyən, hər şəraitə uyğunlaşan sifətlər ölkəni ciddi fəlakət astanasına gətirib. 

Ölkənin siyasi mərkəzinin episentrində haqq etdiyimiz yerdə başqaları haram yolla oturub. Rusiyaya da biz cavab veririk, İrana da, Fransaya da. 

Mənim şəxsən bircə təsəllim odur ki, mənim yerimdə oturan İmamverdi İsmayılov heç olmasa danışmır və adam döymür. Yenə buna şükür…

Başa düşün cənablar, bu parlament buraxılmalıdır”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …