Ana səhifə / Media / Hacıbala Abutalıbovun yeni tualetləri: qiymət 30 qəpik + Fotolar

Hacıbala Abutalıbovun yeni tualetləri: qiymət 30 qəpik + Fotolar

Musavat.com xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti paytaxt Bakıda yeni tualetlərin quraşdırılmasına başlayıb. Tualetlər əsasən metro stansiyalarının çıxışlarında və parklarda yerləşdirilir.
Hazırda “Neftçilər”, “Qara Qarayev” metrostansiyalarının çıxışlarında tualetlər quraşdırılıb. Sahil bağında da bir müddət əvvəl belə tualetlər quraşdırılıb.
Xatırladaq ki, “Bakı Metropoliteni” QSC yaradıldıqdan sonra metro stansiyalardakı tualetlər ictimai istifadəyə bağlanmışdı. İndi BŞİH tərəfindən metro stansiyalarının yaxınlığına yeni tualetlər quraşdırılır.
Qeyd edək ki, bu tualetlərdən istifadə haqqı 30 qəpikdir.
Xalq arasında isə bu tualetlərə “Hacıbalanın tualetləri” deyirlər.

Həmçinin oxuyun

Nazirlik REAL TV-yə reportajlar üçün 32 min pul verəcək

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqroservis” ASC tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi …

Bir cavab yazın