Cümə axşamı , May 2 2024
Ana səhifə / Şou Biznes / OMON Beynəlxalq Bankın ofisinə basqın etdi, axtarış gedir

OMON Beynəlxalq Bankın ofisinə basqın etdi, axtarış gedir

Azərbaycan Beynəlxalq Bankının Sankt-Peterburqdakı şöbəsində hüquq-mühafizə orqanları xüsusi təyinatlı polisin dəstəy ilə axtarışlar aparır.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə “Life News” telekanalı xəbər yayıb.

Xəbərdə bildirilir ki, istintaq tədbiri pul vəsaitlərinin qanunsuz olaraq xaricə çıxarılmasına dair cinayət iş çərçivəsində aparılır.

Bildirilir ki, hüquq-mühafizə orqanları bu gün səhər saatlarında Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı “MBA-Moskva”nın Sankt-Peterburq ofisinə basqın ediblər. Fontanka.ru axtarış əməliyyatının hələ də davam etdiyini xəbr verir. Xəbər yenilənəcək.

Həmçinin oxuyun

Dilarə Əliyeva: “14 il keçib hələ də bir insanla küsülüyəm” – VİDEO

Əməkdar artist Dilarə Əliyeva başına gələn maraqlı əhvalatı danışıb. Aktrisa bildirib ki, yemək yeməyi ilə …

Bir cavab yazın