Cümə axşamı , May 2 2024
Ana səhifə / Sosial / Sumqayıtda gecə saatlarında ağaclar kəsildl — FOTO

Sumqayıtda gecə saatlarında ağaclar kəsildl — FOTO

Sumqayıt şəhərində gecə saatlarında ağaclar kəsilib.

Hadisə ötən gecə şəhərin 30-cu məhəlləsində 4/6 saylı binanın yaxınlığında olan ağaclıq olan ərazidə qeydə alınıb. Belə ki, gecə saatlarında naməlum şəxslər ərazidə olan yaş kök üstə, bioloji inkişafda olan 2 ədəd şam və küknar ağacını kəsərək məhv ediblər.

Ərazidə yaşayan sakinlərin etirazından sonra həmin şəxslər oranı tərk ediblər. Polisə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilib.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, baş verən hadisədən xəbərdardırlar: “Hadisə yerinə baxış keçirilib, araşdırma aparılır. Hüquqi qiymət veriləcək”.(apa.az)

Həmçinin oxuyun

Avtobuslarda kondisioner nə vaxt işləyəcək? – Açıqlama

Havaların getdikcə isinməsi ictimai nəqliyyatda kondisionerə təlabatı artırıb. İsti hava və avtobuslardakı sıxlıq bu il …