Çərşənbə , May 8 2024
Ana səhifə / İqtisadiyyat / Putin Türkiyəni hədələdi: “Hünərləri var, Suriya sərhədini keçsinlər…”

Putin Türkiyəni hədələdi: “Hünərləri var, Suriya sərhədini keçsinlər…”

Vladimir Putin mətbuat konfransında Suriya ilə sərhəddə Su-24 bombardmançısının vurulmasından sonra Türkiyə ilə münasibətlər haqda da danışıb.

Virtualaz.org saytı xəbər verir ki, Putin Türkiyə hakimiyyətini “düşməncəsinə hərəkət etməkdə” növbəti dəfə ittiham edib. Putin bildirib ki, Ankaranın təyyarəni vurmaqla nəyə nail olmaq istədiyini anlamır.

“Mən hələ də başa düşə bilmirəm ki, onlar nəyə görə belə etdilər. Nəyə nail olmaq istəyirdilər? Bəlkə gözləyirdilər ki, bundan sonra biz qorxub oradan (Suriyadan-red.) qaçaq?! Bunu görməyəcəklər! Əksinə, bu hadisədən sonra biz Suriyadakı hərbi qruplaşmamızı daha da gücləndirdik, ora əlavə döyüş təyyarələri göndərdik. O vaxta qədər orada bizim Hava Hücumundan Müdafiə vasitələrimiz yox idi, ancaq indi S-400 kompleksləri var. Üstəlik Suriya ordusunun “Buk” zenit-raket komplekslərini modernləşdirmişik, olduqca effektivdir.

Həmin hadisəyə qədər Türkiyə aviasiyası sərhəd boyu uçurdu, tez-tez Suriyanın hava sərhədlərini pozurdu. İndi hünərləri var, buna cəsarət etsinlər”– Putin deyib.

Xatırladaq ki, Su-24 təyyarəsinin vurulmasından sonra Türkiyə ABŞ-ın başçılıq etdiyi koalisiya çərçivəsində Suriyadakı reydlərini dayandırıb.

 

Həmçinin oxuyun

Bakı-Tbilisi-Qars dəmiryolunda hərəkətin bərpa olunacağı vaxt açıqlandı

Mayın 20-dən etibarən yeni təmir edilmiş Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti ilə yük qatarlarının hərəkətinə başlanılacaq. …

Bir cavab yazın