Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / “Slavyanka”, “Sirab”, “Badamlı”, “Mor-mor” və “Qax”ın qiyməti qalxacaq

“Slavyanka”, “Sirab”, “Badamlı”, “Mor-mor” və “Qax”ın qiyməti qalxacaq

Azinforum.az-ın məlumatına görə, yerli istehsala aid olan bir sıra mineral suların qiymətı artacaq. Bu barədə tanınmış iqtisadçı Qalib Toğrul məlumat verib. O bunun səbəbini belə əsaslandırıb: “Vergi Məcələsinə son dəyişikliklərdən biri də qeyri-filiz faydalı qazıntılarından tutulan mədən vergisi dərəcəsinin artırılması olub. Bunlardan 13-ü üzrə vergilər dövlət büdcəsinə, 3-ü üzrə vergilər isə bələdiyyə büdcəsinə ödənilir. Mədən vergisi hər kubmetr üçün hesablanılır. Vergi dərəcəsi ən çox qaldırılan faydalı qazıntı mineral sulardır. Mineral suların hər kubmetrinə tətbiq olunan vergi dərəcəsi 6 manatdan 10 manata qaldırılıb, vergi dərəcəsində təxminən 70% artım baş verib.
Çox güman ki, dəyişikliklərin qüvvəyə minməsindən, 1 yanvardan sonra ölkəmizdə istehsal olunan mineral suların – “Slavyanka”, “Sirab”, “Badamlı”, “Mor-mor”, “Qax” kimi mineral sularının pərakəndə satış qiymətləri də qalxacaq“.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …

Bir cavab yazın