Ana səhifə / Media / Tanınmış jurnalistlərə vəzifə verildi

Tanınmış jurnalistlərə vəzifə verildi

Yeni yaradılmış Medianın İnkişafı Agentliyində tanınmış jurnalistlərə vəzifə verilib.

“Qafqazinfo” xəbər verir ki, keçmiş ANS-çi Rüstəm Əbülfətoğluna qurumda Media subyektləri və jurnalistlərlə iş, media dəstək layihələri departamentinin direktoru vəzifəsi həvalə edilib.

“Kaspi” qəzetinin keçmiş baş redaktoru Natiq Məmmədli isə agentliyin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 

Daha bir jurnalist,  AZTV- nin əməkdaşı Səidə Şəfiyeva Kommunikasiya və informasiya texnologiyaları departamentinin Kommunikasiya şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Həmçinin oxuyun

Nazirlik REAL TV-yə reportajlar üçün 32 min pul verəcək

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqroservis” ASC tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi …