Ana səhifə / Sosial / Azərbaycanda 14 nəfər koronavirusdan vəfat etdi

Azərbaycanda 14 nəfər koronavirusdan vəfat etdi

Azərbaycan Respublikasında koronavirusa daha 1 187 yeni yoluxma qeydə alınıb, 306 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 245 490 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 232 534 nəfər müalicə olunaraq sağalıb, 3 339 nəfər vəfat edib, aktiv xəstə sayı 9 617 nəfərdir.

Son sutka ərzində 11 692 , hazırkı dövrədək isə 2 768 149 test aparılıb.

Həmçinin oxuyun

Ev alarkən diqqətli olun – VİDEO

“Kənd təsərrüfat təyinatlı torpaq sahəsində evlərin tikintisinə icazə verilmir”. Bu sözləri ARB TV-nin efirində yayımlanan …