Ana səhifə / İqtisadiyyat / Qəlyan üçün hazırlanan tütünlər aksiz vergisinə cəlb ediləcək

Qəlyan üçün hazırlanan tütünlər aksiz vergisinə cəlb ediləcək

Azərbaycanda qəlyan üçün hazırlanan tütünlərin aksiz vergisinə cəlb edilməsi təklif olunaraq hər kiloqrama görə 30 manat müəyyən edilib.
Bununla bağlı “Vergilər Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun layihəsi bu gün onlayn formatda keçirilən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında müzakirə edilib və plenar iclasda baxılması üçün tövsiyə edilib.
Bildirilir ki, qanunun birinci oxunuşunda qəlyan üçün tütünlər aksiz vergisindən azad idi.

Həmçinin oxuyun

Elm və Təhsil Nazirliyi tender keçirmədən bu şirkətə 3,4 milyon ayıracaq

Elm və Təhsil Nazirliyi “Edumedia-Azərbaycan” MMC (VÖEN – 1401897631) ilə 3 satınalma müqaviləsi imzalayıb.Yeniavaz.com xəbər verir …