Ana səhifə / Bölgələr / Qaxda əsən güclü külək rayonu internetsiz qoyub

Qaxda əsən güclü külək rayonu internetsiz qoyub

Bu gün axşam saat 21:30-dan etibarən Qax rayonu ərazisində internetin verilişi dayanıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, əsən güclü külək nəticəsində rayonun Qaşqaçay kəndi ərazisində iri gövdəli ağac aşaraq fiber-optik kabeli qırıb.

Nəticədə rayonun interneti kəsilib.

Hazırda qırılan xəttin bərpası üçün işlər aparılır. İnternetin yaxın 1 saat ərzində veriləcəyi gözlənilir.

Həmçinin oxuyun

Naxçıvanda sahibkarlar etiraza başlayıblar

Onlar “Cahan” Ticarət Mərkəzindəki mağazalarını bağlayıblar Mayın 2-də Naxçıvan şəhərində “Cahan” Ticarət Mərkəzinin 100-ə yaxın …