Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / “Əlindən heç bir iş gəlməyən qartımış köhnə kadrlar…” – Rəsul Quliyev

“Əlindən heç bir iş gəlməyən qartımış köhnə kadrlar…” – Rəsul Quliyev

“Keçmiş kadrların törətdikləri cinayətlərin araşdırılması və aparılan yeni kadr siyasəti ölkənin yeni fundamental reformaların astanasında olduğundan xəbər verir”. 

Bunu Azərbaycan parlamentinin  eks-spikeri Rəsul Quliyev deyib. O, bildirib ki, özlərinin mənafeyindən başqa əlindən heç bir iş gəlməyən qartımış köhnə kadrlardan təmizlənmə prosesi total şəkildə həyata keçirilsə, çox uğurlu nəticələr verəcək. 

“İlk növbədə təhlükəsizlik şurası adlanan təşkilat təcili sürətdə təmizlənməlidir. Təhlükəsizlik şurasının üzvülərinin gizli sənədlərlə tanış olmaq hüquqları vardır. Bu günkü təhlükəsizlik şurasının üzvülərinin bir çoxunu belə sənədlərə yaxın buraxmaq olmaz. 

Köhnə kadrlar gənc nəsillə əvəz edilməlidir. Bu tək yuxarı vəzifədə olanlara aid olmamalıdır. Məktəb direktorundan tutmuş təhsil nazirinə qədər. Kənd polisindən tutmuş DİN-ə qədər. Kənd liderindən tutmuş icra başçılarına qədər və sairə.

Bu siyasət Azərbaycanın gələcək inkişafı üçün çox mühüm baza ola bilər. Azad olmuş torpaqların bərpası ərəfəsində bu siyasətin çox böyük əhəmiyyəti olacaq”.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …