Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Şou Biznes / Aygün Kazımova: “Namiq Qaraçuxurlu ilə görüşəndə də sivil insanlar kimi salamlaşırıq”

Aygün Kazımova: “Namiq Qaraçuxurlu ilə görüşəndə də sivil insanlar kimi salamlaşırıq”

Xalq artisti Aygün Kazımova “ATV maqazin onlarla” verilişində keçmiş sevgilisi, meyxanaçı-müğənni Namiq Qaraçuxurlu haqqında etirafı ilə diqqət çəkib.

Aygün Kazımova Namiq Qaraçuxurlu ilə görüşmədiyini deyib: “Bizim yollarımız kəsişmir. Görüşəndə də sivil insanlar kimi salamlaşırıq. Səhnədə səhnəarxası işimiz də normal gedir”.

Xalq artisti “Qarşıda Namiq Qaraçuxurlu ilə yeni layihə ola bilərmi?” sualına isə “Yüz faiz nəsə deyə bilmirəm. Birdən deyərəm edə bilmərəm. Yalançı adamlardan xoşum gəlmir və yalan danışanları da xoşlamıram” – deyə, qeyd edib.

Həmçinin oxuyun

Xumar Qədimova: “Məndə hər şey təbiidir”

“Süni necə ola bilər ki?! Məndə hər şey təbiidir. Hamısı özümündür. Təbii, Xumar Qədimova dayanıb. Heç …