Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Siyasət / Ermənistan prezidenti Azərbaycanla sərhədə görə Putinə müraciət etdi

Ermənistan prezidenti Azərbaycanla sərhədə görə Putinə müraciət etdi

Ermənistan prezidenti Armen Sarkisyan hesab edir ki, sərhədlərin demarkasiyası məsələsində Ermənistanla Azərbaycan arasında yeni mübahisələrin yaranması üçün potensial təhlükə hələ də mövcuddur.

Bununla bağlı o, Rusiya Prezidenti Vladimir Putinə məktubla müraciət edib.

Müraciət məsələnin müstəsna əhəmiyyəti və aktuallığı nəzərə alınmaqla, gələcəkdə yaşana biləcək gərginliyi və neqativ halları istisna etmək üçün göndərilib.

Sarkisyan Qarabağda qan tökülməsinin qarşısının alınmasına və atəşkəs rejiminin yaradılmasına gətirib çıxaran səylərə görə Rusiya Prezidentinə bir daha təşəkkür edib və vurğulayıb ki, bu, yeni qurbanlar və faciələrdən qaçmağa imkan verdi. Virtualaz.org

Həmçinin oxuyun

Hikmət Hacıyevdən MÜHÜM AÇIQLAMA

Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflərin Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası zamanı …