Ana səhifə / Cəmiyyət / Öz institutu olan ASC layihə işlərini nədən başqa şirkətlərə verir?

Öz institutu olan ASC layihə işlərini nədən başqa şirkətlərə verir?

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti kanalların yenidən qurulması ilə bağlı texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanması ilə bağlı 3 tender keçirib.
Qaynarinfo xəbər verir ki, dəyəri 1,89 milyon manat olan Qızılarx kanalı üzrə “Kəmalə-A” Firması, 980 min manatlıq Yuxarı Zeyxur kanalı üzrə “Hidrotexniki və Nəqliyyat Qurğularının Layihələndirilməsi üzrə Gidrotransproyekt Elmi-Tədqiqat Mərkəzi” MMC və 1,35 milyon manatlıq Tərtərçay Sol Sahil və Xanarx kanalları üzrə Su Təsərrüfati Obyektlərinin Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu tenderlərin qalibi olub. 

Maraqlıdır ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin nəzdində faəliyyət göstərən Su Təsərrüfati Obyektlərinin Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu fəaliyyət göstərdiyi halda texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanmasıilə bağlı tender keçirir. Bu gün keçirilən hər 3 tenderin şərtlərindən görünür ki, Su Təsərrüfati Obyektlərinin Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu digər 2 layihəni də həyata keçirmək potensialına sahibdir. 
Qeyd edək ki, sözügedən institutun əsas fəaliyyəti su təsərrüfatı obyektləri üzrə layihə-axtarış işlərinin həyata keçirilməsindən ibarətdir. İnstitut haqqında verilən rəsmi məlumatda bildirilir ki, “Azdövsutəslayihə” institutu lazımi səviyyədə əsas fonda, müasir texnoloji avadanlığa, yüksək ixtisaslı mütəxəssislərə və yerinə yetirdiyi layihə-axtarış işlərinin kəmiyyət və keyfiyyətinə görə meliorasiya sahəsində respublikada yeganə dövlət institutudur.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …