“Hollywood” yazısı Los Anceles və Amerikanın mədəniyyət simvollarından biri sayılır.
Hollivud film sənayesinin təməl daşıdır. Bu gün kino dedikdə, ağıla gələn ilk şey “Hollywood” sonra isə onun Santa Monika Dağlarındakı məlum işarəsidir. Los Ancelesdəki bu tablo bir çox filmlərin və serialların mövzusuna çevrilib. İlk dəfə 1923-cü ildə taxtadan və nazik dəmir lövhələrdən hazırlanmış bu simvol 1978-ci ildə sökülərək yenidən qurulub.
Musavat.com “Hollywood” yazısı ilə bağlı maraqlı faktı təqdim edir.
Tabloda əvvəllər Hollywoodland yazılmışdı
Los Ancelesin “Hollywood” bölgəsindəki Lee Mount təpəsində yerləşən bu məşhur işarə əvvəlcə 1923-cü ildə bölgədə daşınmaz əmlak yatırımını artırmaq üçün hazırlanmışdı. Yəni bu tablo ilk olaraq sırf kommersiya məqsədləri üçün qurulub. Buna görə ilk dəfə “Hollywoodland” adlandırıldı. Ancaq Ticarət Palatasının 1949-cu ildə verdiyi qərarla “Hollywood” kimi dəyişdirildi.
Tablo 1940-cı illərdə parçalanmağa başladı
İyirmi il boyunca, simvola ciddi ziyan dəydi, buna görə hazırlayan şirkət onu şəhərə təslim etdi. 1949-cu ildə yenidən restabrasiya olundu. Tərtib edilmiş yeni hərflərin uzunluğu 13,7 metr, eni isə təxminən 11 metr idi. Lövhəhin açılışı 60 milyon insanın izlədiyi canlı yayımla oldu.
Hyu Hefner 1970-ci illərdə işarənin qorunmasına kömək etdi
“Hollywood” simvolu 1950-ci illərdə sözün həqiqi mənasında çökməyə başlayanda amerikalı iş adamı Hyu Hefner bəzi Hollivud elitalarını işarəni bərpa etmək üçün pul yığmağa vadar etdi. Digər tərəfdən məşhurlar nəinki pul verdilər, həm də hər biri ayrı-ayrı hərflərə sponsor oldu. Məsələn, Hefner “Y” hərfini, Endi Uilyams (Amerika pop müğənnisi və aktyor) isə “W” hərfini aldı. Alice Cooper (müğənni) isə “O” hərfini almışdı.
“Hollywood” işarəsinə yaxınlaşmaq qadağandır
“Hollywood” qanuni şəkildə mühafizə olunur. İşarəyə yaxınlaşmağa icazə verilmir. “Hollywood” işarəsi təhlükəsizlik kameraları, tikanlı bir hasar, hərəkət sensorları və mikrofonlar tərəfindən izlənilir və qorunur. “Hollywood” işarəsi 1973-cü ildə Los Anceles Mədəni İrs Komissiyası tərəfindən “mədəni irs” elan edilib.
2012-ci ildə “Hollywood” işarəsini yenidən rəngləmək üçün 255 qutu boya sərf olunub.
İşarənin rənglənməsini aşağıdakı videoda izləyə bilərsiniz:
Musavat.com