Cümə axşamı , May 2 2024
Ana səhifə / Sosial / Abşeronda 4 post quruldu, nəzarət gücləndirildi – Video

Abşeronda 4 post quruldu, nəzarət gücləndirildi – Video

Abşeron rayonunda qurulan postlarda gün ərzində 60 nəfər cərimələnib.

 
Abşeron rayonu ərazisində Dövlət Yol Polisinin 4 postu qurulub.


Bu postlardan keçmək istəyən sürücü və sərnişinlərin icazəsinin olub-olmaması ilə yanaşı, tibbi maskalardan istifadəsinə də diqqət yetirilir. Demək olar ki, postdan keçən sürücü və sərnişinlərin əksəriyyətinin maskadan istifadə etmədiyi müəyyən olunub.


Abşeron rayon DYPŞ-nin baş inspektorunun APA-ya verdiyi məlumata görə, gün ərzində 60 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1 və 211.2-ci maddələri əsasında cərimə edilib.

 
Abşeron rayonunda bir həftə ərzində 800 nəfərə (sürücü və sərnişinlər) protokol tərtib edilib.(apa.az)

Həmçinin oxuyun

Sənədsiz evlərlə bağlı yenilik (VİDEO)

“Bu ilin ilk üç ayı ərzində daşınmaz əmlak üzərində 88 mindən çox mülkiyyət hüququnun qeydiyyatı …