Cümə axşamı , May 2 2024
Ana səhifə / Bölgələr / Qubada iki avtomobili sel apardı – Video

Qubada iki avtomobili sel apardı – Video

Qubada iki avtomobili sel aparıb.

Baku TV xəbər verir ki, hadisə Vəlvələ çayının rayonun Yerfi və Dərk kəndləri ərazisindən keçən hissəsində baş verib.

Şahidlərin sözlərinə görə, çaydan keçmək istəyən iki avtomobil sel sularına tuş gəlib. Nəticədə “Niva” və UAZ markalı iki avtomobil çayda batıb.

Avtomobildə olan şəxslər xilas olunsa da, nəqliyyat vasitələri sel sularının altına qalıb. Daha sonra əraziyə xüsusi texnikalar cəlb edilib. “Niva” markalı avtomobili çıxarmaq üçün əraziyə gələn “QAZ 66” markalı avtomobilin cəhdi isə uğursuz alınıb.

Ardınca traktor vasitəsi ilə avtomobilləri çıxarmaq mümkün olub. UAZ markalı avtomobil tamamilə istifadəyə yararsız vəziyyətə düşüb.

Həmçinin oxuyun

Azərbaycanda tanınmış aşığın gəlini evdən qaçdı – Video

Qazaxın Yuxarı Salahlı kəndində 20 yaşlı qadın itkin düşüb. Baku TV-nin məlumatına görə 16 gündür …