Ana səhifə / Aktual / Koronavirusa yoluxan şəxsin vəziyyəti necədir? – RƏSMİ

Koronavirusa yoluxan şəxsin vəziyyəti necədir? – RƏSMİ

Azərbaycanda koronavirus faktı təsdiqlənmiş Rusiya vətəndaşının vəziyyəti hazırda stabildir.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib. Bildirilib ki, 23 yaşlı oğlanda heç bir ağırlaşma yoxdur, dəstəkverici müalicə davam edir.Qeyd edək ki, ötən gün Azərbaycanda ilk koronavirus (COVİD – 19) infeksiyasına yoluxma faktı təsdiqlənib. Xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşıdır. İrandan Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub, həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib.

Həmçinin oxuyun

Naxçıvanda 5 MİLYONLUQ YEYİNTİ müəmması… 

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti 2023-cü ildə muxtar respublikada keçirilən bəzi tədbirlərin təşkilatçılığını edib.TNS-ə ötən …