Bazar ertəsi , May 6 2024
Ana səhifə / Aktual / Daha üç ölkədə koronavirus aşkarlandı

Daha üç ölkədə koronavirus aşkarlandı

Bəhreyn, Küveyt və Əfqanıstanda koronavirusa yoluxma halları qeydə alınıb. 

“Arab News” xəbər verir ki, Bəhreyndə koronavirus diaqnozu İrandan gəlmiş vətəndaşa qoyulub.

Küveytdə isə 3 nəfərin koronavirusa yoluxması faktı aşkarlanıb. Onlardan biri İrandan gəlmiş Səudiyyə Ərəbistanı vətəndaşıdır. 

Məlumata görə, xəstə müalicə alanadək Küveytdə qalacaq.

Eyni zamanda Əfqanıstanda da ilk koronavirus hadisəsinin qeydə alındığına dair məlumat yayılıb/Report. 

Həmçinin oxuyun

Jurnalistdən Rusiyada yaşayan iş adamlarına irad: “Soydaşlarımızı bazara yox, KİV-lərə yerləşdirin”+Video

Jurnalist Nüsrət İsaoğlu Rusiya mediasının həmin ölkədə yaşayan Azərbaycan əsilli iş adamlarına qarşı tutduğu ədalətsiz …