Cümə axşamı , May 2 2024
Ana səhifə / İdman / Rəşad Sadıqov: “Ovusu mənə Reynaldonu xatırladır”

Rəşad Sadıqov: “Ovusu mənə Reynaldonu xatırladır”

“Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov komandanın qanalı yeni hücumçusu Ovusu Kvabena barədə fikirlərini bildirib.
Azerisport.com xəbər verir ki, Ağdam klubunun kapitanı deyib:
“Onun oyunu mənə Reynaldonu xatırladır. O, driblinqi, rəqibin sıx müdafiəsini yarmaq bacarığı ilə braziliyalıya oxşayır. Komandaya uyğunlaşır. Amma əlbəttə ki, ona vaxt lazımdır. Biz hər şeyi edirik ki, Ovusu tam şəkildə komandaya, şəhərə və çempionata adaptasiya ola bilsin. İnanıram ki, o, “Qarabağ”ın ən yaxşı transferlərindən olacaq”.
Xatırladaq ki, “Qarabağ” Ovusunu İspaniyanın “Leqanes” klubundan transfer edib. Onunla 3,5 illik müqavilə imzalanıb.

Həmçinin oxuyun

Avropanı mat qoyan azərbaycanlı şahmatçı xanımın məşqçisi DANIŞDI – VİDEO

“2023-cü ildə Bakıda keçirilən Dünya Kuboku Ülviyyə Fətəliyeva üçün uğurlu olub. O bu yarışda iki …