Cümə axşamı , May 2 2024
Ana səhifə / Cəmiyyət / Bayram Kürdəxanlının ölümündən əvvəl baş verən qəribə olay (VİDEO)

Bayram Kürdəxanlının ölümündən əvvəl baş verən qəribə olay (VİDEO)

ARB TV-nin “Üçəlli” verilişində “Gizlənpaç” filmi ilə bağlı maraqlı sujet yayımlanıb.
Filmlə bağlı qeyri adi və tükürpədən hekayəni aktyor Müşviq Şahverdiyev danışıb:
“Çəkiliş günü içi mən qarışıq hamı kəfən geyinməli idi. Bayram Kürdəxanlı dedi ki, yox mən getdim. Dedik xahiş edirik, iş yarıda qalır axı. Dedi ki, yox qardaşım, kəfənin düşəri-düşməzi olar, geyinə bilmərəm.
Dedim mən də onu geyinəcəm, pessimist düşünmə. Dedi ki, nə geyimdə gəlmişəmsə, o geyimdə çəkilim, alınmırsa, mən gedim. Biz də məcbur razılaşdıq. Bayramı çəkdik. Təəssüf olsun ki, o filmdən sonra Bayram Kürdəxanlı rəhmətə getdi. Çox dəhşətli bir şeydir”.

Həmçinin oxuyun

Həcc ziyarəti bu tarixdə başlayır

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Bu barədə “Report”un sorğusuna …