112 saylı Qax seçki dairəsinin ərazisində yerləşən Zəyəm
bələdiyyəsinin sədri, hazırda bələdiyyə üzvlüyünə namizəd Səfərov Kamil
Səfər oğlu kənd camaatını təhdid edir. Zəyəm kənd sakinlərinin
Qax.org.az saytına verdiyi məlumata görə, hər gün müxtəlif yerlərdə kənd
camaatı ilə hədə-qorxu şəklində danışan Kamil Səfərov 23 Dekabr
seçkilərində heç kimin səsverməyə getməsinə gərək olmadığını, onsuz da
bələdiyyə üzvlərinin əvvəldən bəlli olduğunu deyib. Zəyəmliləri təhdid
edən Kamil Səfərov Qax rayonunun icra başçısı Musa Şəkiliyevin onu
“bələdiyyə sədri təyin etdiyini” (?!) və ona görə də, heç kimin səsinə
ehtiyacı olmadığını deyib.
Qeyd
edək ki, Kamil Səfərov Zəyəm kəndində yerli əhaliyə qarşı kobud
davranışı, zəyəmlilərə məxsus torpaqların qeyri-qanuni yollarla və saxta
sənədlərlə başqa adamlara satılması və digər qeyri-qanuni əməlləri ilə
tanınır.
Azərbaycan
ictimaiyyəti isə Kamil Səfərovu 2015-ci ildə keçirilən Milli Məclisə
seçkilər zamanı kəndə təşviqata gəlmiş deputatlığa namizədlə kobud
davranışından sonra tanımışdı.
Qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq.
Həmçinin oxuyun
Naxçıvanda sahibkarlar etiraza başlayıblar
Onlar “Cahan” Ticarət Mərkəzindəki mağazalarını bağlayıblar Mayın 2-də Naxçıvan şəhərində “Cahan” Ticarət Mərkəzinin 100-ə yaxın …