Cümə axşamı , May 9 2024
Ana səhifə / Aktual / Rafael Dadaşov reanimasiyadadır

Rafael Dadaşov reanimasiyadadır

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafael Dadaşovun səhhəti ağırlaşıb.

“ Azinforum.az ” xəbər verir ki, bu barədə Lent.az -a açıqlamasında 73 yaşlı Xalq artistinin qızı müğənni Səidə Dadaşova məlumat verib. Onun sözlərinə görə, atasının vəziyyəti yaxşı deyil:

“Atamın vəziyyəti heç də yaxşı deyil. Hazırda Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsindədir. Dəqiq hansı xəstəlikdən əziyyət çəkdiyini bilmirik. Problemin gah ürəyində, gah da ağ ciyərində olduğunu dedilər. Həkim nəzarətindədir, amma səhhəti ağırdır”.

Həmçinin oxuyun

Dönərdən zəhərlənən şəxsin yaxını: “Beş manata görə hər şeyi edirlər” – VİDEO

Zaqatalada dönərdən zəhərlənən şəxslərin yaxınları Baku TV-yə danışıblar. Onlardan birinin babası Bahəddin Əliyev bildirib ki, …