Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Prezidentdən Elşad Mirbəşir oğlu ilə bağlı SƏRƏNCAM

Prezidentdən Elşad Mirbəşir oğlu ilə bağlı SƏRƏNCAM

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinə yeni üzv təyin edilib. 

Unikal.org xəbər verir ki, Prezident İlham Əliyev Elşad Mirbəşir oğlunun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, Elşad Mirbəşir oğlu siyasi elmləri üzrə fəlsəfə doktoru, tanınmış siyasi şərhçidir. Sosial Tədqiqatlar Mərkəzi ölkə başçısının fərmanı ilə bu ilin 8 fevral tarixində yaradılıb və İdarə Heyətinin sədri deputat Zahid Orucdur.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …