Ana səhifə / Aktual / YAP-ın “fövqəladə iclas”ında bu üç nəfərə danışmaq icazəsi verildi

YAP-ın “fövqəladə iclas”ında bu üç nəfərə danışmaq icazəsi verildi

Xəbər verdiyimiz kimi, bu gün hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclası keçirilib
Səhər saat 11-də keçirilən iclasda YAP Siyasi Şurası və İdarə Heyətinin 100-dən çox üzvü iştirak edib.
Modern.az-ın verdiyi məlumata görə, iclasda YAP-ın rəhbər strukturlarında təmsil olunan üç nəfər çıxış edib.
Bunlar İdarə Heyətinin üzvü Akif Əlizadə (Yeni Azərbaycan Partiyasının sədr müavini) və Siyasi Şura üzvləri  Hadi Rəcəbli (Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri), Ziyafət Əsgərov (Milli Məclisin sədrinin birinci müavini) olub.
Verilən məlumata görə, onların çıxış etməsi YAP rəhbərliyinin razılığı ilə gerçəkləşib.
Qeyd edək ki, Siyasi Şuranın iclasında Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi tövsiyə edilib. Yekdil qərarla Milli Məclisin buraxılması haqqında ölkə prezidentinə müraciət  qəbul olunub.

Həmçinin oxuyun

Naxçıvanda 5 MİLYONLUQ YEYİNTİ müəmması… 

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti 2023-cü ildə muxtar respublikada keçirilən bəzi tədbirlərin təşkilatçılığını edib.TNS-ə ötən …