Ana səhifə / Sosial / İlham Əliyev Poroşenkoya: “Ukraynanı dəstəkləyirik…”

İlham Əliyev Poroşenkoya: “Ukraynanı dəstəkləyirik…”

Bu gün Azərbaycan prezidenti İlham Əliyevlə Ukrayna prezidenti Pyotr Poroşenko arasında telefon danışığı olub.

Dövlət başçıları ərazi bütövlüyü və milli təhlükəsizlik istiqamətində təhlükələrə qarşı mübarizədə ölkələrinin imkanlarını birləşdimək məsələsini müzakirə ediblər.

Virtualaz.org saytı “RİA-Novosti”yə istinadən bildirir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı P.Poroşenko İ.Əliyevi əmin edib ki, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Ukraynanın Azərbaycanın ərazi bütövlüyünə hörmətə əsaslanan mövqeyi dəyişməzdir.

Öz növbəsində İlham Əliyev bildirib ki, Azərbacan Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyini dəstəkləyir: “Ukrayna və Azərbaycan,– hansı ki, milli təhlükəsizlik və ərazi bütövlüyü məsələsində xarici təcavüzə məruz qalıblar,- beynəlxalq hüququn baza prinsiplərinin qorunması üçün birləşməlidirlər”.

Bundan başqa, dövlət başçıları siyasi dialoqu ən yüksək səviyyədə davam etdirməyə hazır olduqlarını bildiriblər.

Əsəd rejimini hansı sirli güclər qurdu? – ARAŞDIRMA

Həmçinin oxuyun

TƏBİB sədri həkimlərin maaşından danışdı – Video

Baku TV-də yayımlanan “Rəsmi cavab” verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı …

Bir cavab yazın