Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Parisi teraktlar və partlayışlar bürüdü: 153 ölü, 200 yaralı

Parisi teraktlar və partlayışlar bürüdü: 153 ölü, 200 yaralı

Fransanın paytaxtı Parisin müxtəlif bölgələrində partlayış, atışma və girov götürülmə nəticəsində ölənlərin sayı sürətlə artır. Xeyli insanın yaralandığı bildirilir.

Ötən axşam naməlum silahlılar Parisin 10-cu dairəsində də atəş açıb. 11-ci dairədə yerləşən “Bataklan” teatrında isə təxminən 100 nəfər girov götürülüb. Həmçinin “Stad de Frans”stadionu yaxınlığında, Fransa-Almaniya oyunu keçirilən zaman bir neçə partlayış törədilib.

“Bataklan” teatrında girovların azad edilməsi əməliyyatında 3 terrorçu məhv edilib.

Terror aktları ümumilikdə Parisin 7 bölgəsində törədilib. Terror aktlarına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Ən son məlumata görə, Parisdə törədilən terror aktları nəticəsində 153 nəfər ölüb, azı 200 nəfər yaralanıb.

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, onlardan 112-si “Bataklan” teatrının konsert zalında ölüb.

“Reuters” agentliyinin verdiyi məlumata görə, Paris meriyası onlardan 40 nəfərin isə paytaxtın müxtəlif bölgələrində öldüyünü təsdiqləyib.

Parisdə fövqəladə vəziyyət rejimi tətbiq edilib. Bu barədə xalqa müraciətində ölkə prezidenti Fransual Olland bəyan edib.

“Fransa hökuməti sərhədlərin bağlanması və paytaxtın küçələrinə nizami qoşunların yeridilməsinə dair qərar qəbul edib” – deyə F.Olland bildirib.

Qeyd edək ki, noyabrın 13-də axşam saatlarında Parisdə 3 terror aktı törədilib. Şəhərin şimal bölgəsində restoranlardan birində atışma olub. Daha sonra “Stad de France” stadionu yaxınlığında Fransa prezidenti, ölkənin xarici işlər naziri və Almaniya XİN rəhbərinin də izlədikləri Fransa-Almaniya futbol qarşılaşması zamanı bir neçə partlayış törədilib. Eyni zamanda, Parisin 11-ci dairəsində yerləşən “Bataklan” teatrında ABŞ rok-qrupunun konserti zamanı yüzlərlə insan girov götürülmüşdü.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın