Bazar ertəsi , May 6 2024
Ana səhifə / Kriminal / 13 yaşlı oğlan anasına mesaj yazanı bıçaqladı – Azərbaycanda

13 yaşlı oğlan anasına mesaj yazanı bıçaqladı – Azərbaycanda

Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Rayonun Azadlıq prospektində ticarət mərkəzinin qarşısında 1992-ci il təvəllüdlü Məmmədov Rəşad Namiq oğlu 13 yaşlı Murad adlı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, ona 7 bıçaq zərbəsi vurulub və vəziyyəti ağırdır.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları cəlb edilib. Yeniyetmə saxlanılıb. O, polisə ilkin izahatında bildirib ki, R.Məmmədov anasına mesajlar yazıb. APA

Həmçinin oxuyun

Cahangir Hacıyevin həbsdə aclıq aksiyasına başlayıb

Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsində 3 gündür aclıq etdiyi …