Bazar ertəsi , May 6 2024
Ana səhifə / Kriminal / Gəncədə murdar cinayəti törədən Əli Əliyevin qətli və sosial şəbəkələrdə iddialar

Gəncədə murdar cinayəti törədən Əli Əliyevin qətli və sosial şəbəkələrdə iddialar

“Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Gəncə şəhər sakini Əli Əliyevin guya 22 nəfər tərəfindən döyülərək qətlə yetirilməsi barədə yayılmış məlumatlar həqiqətə uyğun deyil”.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti bildirir.

Qeyd olunub ki, 15 aprel 2015-ci il tarixdə Gəncə şəhər sakini Əli Əliyev qonşusu Sona Qəhrəmanini gecə saatlarında bıçaqla hədələyib həyətlərindən oğurlayaraq 3 gün ərzində saxlayıb dəfələrlə zorlamış, zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri edərək mobil telefonla video çəkilişini aparıb: “18 aprel 2015-ci il tarixdə Sona Qəhrəmaninin qardaşı Yaqub Qəhrəmani və əmisi Əli Qəhrəmani Gəncə şəhəri ərazisində Əli Əliyevdən qisas almaq məqsədi ilə onu qətlə yetirib”.

“Gəncə Ağır Cinayətlər məhkəməsinin 26 fevral 2016-ci il tarixli hökmünə əsasən Y.Qəhramani 17 il 6 ay, Ə.Qəhrəmani isə 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub”, – deyə, məlumatda qeyd edilib.

virtualaz.org

Həmçinin oxuyun

Azərbaycanlı vəkil həbs edildi – keçmiş prokurorun 10 il əvvəl etdiyi şikayəti əsasında

Azərbaycanlı vəkil və tanınmış hüquq müdafiəçisi Mustafa Türk Həmədani həbs edilib.Axar.az xəbər verir ki, bu barədə …