Cümə axşamı , May 2 2024
Ana səhifə / Aktual / Tanınmış jurnalist AzTU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunub

Tanınmış jurnalist AzTU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunub

Azərbaycan Texniki Universitetinin (AzTU) İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub.

APA-nın əldə etdiyi məlumata görə, bununla bağlı AzTU-nun rektoru Vilayət Vəliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, “Ekspress” qəzetinin keçmiş baş redaktoru, tanınmış jurnalist Qəzənfər Bayramov AzTU-nun İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub.

Qeyd edək ki, Q. Bayramov 1999-2019-cu illərdə “Ekspress” qəzetinin baş redaktoru olub.

Qəzənfər Bayramovdan əvvəl isə AzTU-nun İctimaiyyətlə əlaqələr şöbəsinə Nicat Abdullayev rəhbərlik edib.

Həmçinin oxuyun

Naxçıvanda 5 MİLYONLUQ YEYİNTİ müəmması… 

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti 2023-cü ildə muxtar respublikada keçirilən bəzi tədbirlərin təşkilatçılığını edib.TNS-ə ötən …