Azərbaycanlı kişi Türkiyənin İstanbul şəhərində bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Haberler.com-un məlumatına görə, o, Haliç körpüsü yaxınlığındakı avtobus dayanacağında cibindəki bıçağı çıxararaq, özünə xəsarət yetirməyə başlayıb.
Ətrafdakılar buna mane olmağa çalışsalar da, kişi əlindəki bıçağı qarnına soxub.
Hadisə yerinə dərhal polis və təcili yardım əməkdaşları çağırılıb.
Aparılan araşdırma zamanı azərbaycanlının psixoloji problemlərinin olduğu müəyyənləşib.
oxu.az