Çərşənbə , May 8 2024
Ana səhifə / Dünya / Deputat yaşayış binasının həyətində odlu silahdan atəş açdı – VİDEO

Deputat yaşayış binasının həyətində odlu silahdan atəş açdı – VİDEO

Rusiya Dövlət Dumasının deputatı Dmitri İonin yaşayış binasının həyətində silahdan atəş açıb.

“Qafqazinfo” xəbər verir ki, Sverdlovsk əyalətinin Kamışlov şəhərində qeydə alınan hadisə sakinlərdən biri tərəfindən videoya çəkilib. Avtomobilinin yük yerindən silah çıxaran İonin havaya atəş açıb. Deputat görüntüdəki atəş açan şəxsin özü olmadığını iddia edib: “Bir nəfər köməkçimə yaxınlaşıb ona oyuncaq silah verdi. Havaya atıb, güldülər. Polis bizə yaxınlaşdı. Dedik, məsələ bitib. Sonra yenə mənim avtomobilimi saxlayıb, sorğu-sual etdilər. Şəhərdən çıxışıma 2 saatlıq qadağa qoyuldu”.

İonin daha sonra açıqlamasında silahdan atəş açanın özü olduğunu boynuna alıb. O, etdiyi əmələ görə məsuliyyət daşımağa hazır olduğunu bildirib.

Xəbərlər

Həmçinin oxuyun

Qırğızıstan-Tacikistan sərhədində atışma baş verib

Qırğızıstan və Tacikistan sərhədində atışma hadisəsi meydana gəlib. AzVision.az xəbər verir ki, hadisə ilə bağlı Qırğızıstanın …