Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Belqrad diviziyasından bəhs edən film təqdim olundu

Belqrad diviziyasından bəhs edən film təqdim olundu

Mayın 3-də Azərbaycan Dillər Universitetində (ADU) “Xəzərdən Dunaya ” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.

Azinforum.az-ın verdiyi xəbərə görə, 9 May Qələbə gününə həsr olunan tədbir Tələbə Elmi Cəmiyyəti (TEC) və Serb dili və mədəniyyəti mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

223-cü diviziyanın komandiri olmuş Baxış Mehdiyevin “Qırmızı bayraqlı 223-cü Belqrad diviziyası” adlı kitabının motivləri əsasında lentə alınmış sənədli film Yuqoslaviyanın azad olunması uğrunda döyüşən azərbaycanlılardan ibarət 223-cü Belqrad diviziyasından bəhs edir.

Təqdimat mərasimində ADU-nun rektoru, akademik Kamal Abdulla çıxış edərək film haqda fikirlərini bölüşüb:

“Film son dərəcə təsirlidir. Orta və yaşlı nəsil bu filmin bədii təsirini daha yaxşı hiss edir. Ən vacib məqamlardan biri odur ki, biz tariximizin bilmədiyimiz hissələrini öyrənməyə başlayırıq. Sanki yavaş-yavaş əsl tarixdən uzaqlaşırıq, onun bədii variantını dərk və qəbul edirik. Biz Mehdi Hüseynzadəyə, Həzi Aslanova minnətdar olduğumuz kimi, adlarını bilmədiyimiz minlərlə azərbaycanlı zabitlərə də minnətdar olmalıyıq. Filmdə şəhərlərin azad olunmasını yox, həm də o zaman keçirilən sevinci gördük. Sevinirəm ki, bu cür filmlərlə tariximiz tələbələrimizin yaddaşına yazılır”.

Daha sonra sənədli filmin rejissoru Tahir Əliyev çıxış edərək 223-cü Belqrad diviziyasının yaranmasından, sənədli filmin çəkiliş prosesi, qəhrəmanları və məqsədi haqqında danışıb.

Təqdimat mərasimində, həmçinin Bakı Dövlət Universitetinin (BDU) Dünya ədəbiyyatı kafedrasının müdiri, serbşünas Cəlil Nağıyev iştirak edib.

Tədbir filmin müzakirəsi və sualların cavablandırılması ilə yekunlaşıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …