Bazar ertəsi , May 6 2024
Ana səhifə / Cəmiyyət / Metropolitenin stansiya rəisi və müavini işdən çıxarıldı

Metropolitenin stansiya rəisi və müavini işdən çıxarıldı

Mətbuatda “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun “Gənclik” stansiyasının rəisi Böyükağa Yolçuyev və müavini Seymur Məhərrəmovu tutduğu vəzifədən azad etməsi barədə məlumat yayılıb.

İddiaya görə, Zaur Hüseynov İnsan Resursları və Xidmət Departamentinin rəisi Tərlan Dadaşovun təqdimatı əsasında sözügedən şəxsləri vəzifələrindən uzaqlaşdırıb. Rəis və müavininin vəzifəsindən azad olunmasının səbəbi stansiyada gecə növbətçisinin yerini tərk etməsi olub. Növbətçi iş vaxtı ayaqyoluna gedib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında məlumatı qismən təsdiqləyib: “Onlar nizam-intizam qaydalarını ciddi pozublar. Nizam-intizam qaydalarını pozduqlarına görə onların vəzifələrində dəyişiklik edilib. Hələlik hansı vəzifəyə təyin edildiklərini də dəqiq bilmirəm”.

Həmçinin oxuyun

Rasim Balayev: “Səriştəsi, ustalığı olmayan adamlar film çəkirlər”

“Çox görüşlərdə oluram. Həmişə müxtəlif auditoriyalara dəvət edirlər. Amma hər görüşdən əvvəl adam həyəcanlanır. Məncə, …