Ana səhifə / Aktual / BDU-nun yeni rektorundan ilk açıqlama “Biz hər zaman jurnalistlərə, mətbuata açıq olacağıq”

BDU-nun yeni rektorundan ilk açıqlama “Biz hər zaman jurnalistlərə, mətbuata açıq olacağıq”

Xəbər verdiyimiz kimi, dünən prezident İlham Əliyev Elçin Babayevi BDU-ya yeni rektor təyin edib.

Baş tutan təyinatla bağlı bizimyol.info saytı BDU-nun yeni təyin olunan rektoru Elçin Babayevlə əlaqə saxlayıb. O saytımıza ekskulizv açıqlamasında hər zaman mətbuata açıq olacaqlarını bildirib.

“Mən diqqətinin üçün minnətdaram. Əvvəlcə cənab Prezidentə mənə böyük etimad göstərdiyinə görə təşəkkürümü bildirirəm. Bu təyinat üzərimə böyük məsuliyyət qoyub.”

“Təxaminən 15 dəqiqədən sonra təhsil naziri cənab Ceyhun Bayramov məni kollektivə təqdim edəcək. Təqdimatdan sonra işə başlayacayıq. Biz hər zaman mətbuata, jurnalistlərə açıq olacayıq. Hər zaman açıqlama verməyə hazırıq”.

Həmçinin oxuyun

“Bu səhvi aradan qaldırmaq fikrindəyik” – “Qaçqınkom”un sədri

Laçında püşkatmada vətəndaşa düşən evin başqasına verilməsi ilə bağlı xəbərlər yayılıb. Manset.az məsələ ilə bağlı …